Novruz süfrələri üçün kənd qoxusu

v2UNKSQpQxoEIRmuPCc6Li4xYdKPQrqxRwZqFJN5_1200

Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 25-ə yaxın regiondan 50-dən çox fermer iştirak edir. Alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulu münasib qiymətə təqdim olunur.

24XEBER.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Novruz bayramı yaxınlaşdıqca bayram süfrəsi üçün alış-veriş də canlanır. Şəhər sakinlərinin yerli və təzə kənd məhsullarına olan tələbatını qarşılamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 9-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası keçirilir.

Biz də təqdim olunan məhsullarla yaxından tanış olmaq üçün yarmarkaya yollandıq.