Premyer Liqada çempionluq yarışında mühüm xallar

qmVOSmf6jtVyeqxUpACvEIBNAQg5tkQV6TfVFj8S_1200

Bu gün Misli Premyer Liqasında XXIV turunun növbəti oyunları keçiriləcək.

24XEBER.Az xəbər verir ki, günün ilk qarşılaşmasında “İmişli” klubu “Sabah”la üz-üzə gələcək.

Quba OİK stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə “Zirə” “Qarabağ”ı qəbul edəcək. Saat 19:15-də start götürəcək matç Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.

Qeyd edək ki, “İmişli” 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. “Sabah” isə 56 xalla turnir cədvəlinin zirvəsindədir. “Zirə” 39 xalla dördüncü, 49 xala malik “Qarabağ” isə ikincidir.