Azərbaycanlı sürücü qəzada öldü

IMG_9119

Türkiyədə azərbaycanlı sürücü qəzada ölüb.

24xeber.az yerli mediaya istinadla bildirir ki, hadisə Sivas-Toqat yolunda baş verib.
41 yaşlı azərbaycanlı Elməddin Qurbanovun idarə etdiyi TIR 23 yaşlı Davud Qayalının idarə etdiyi TIR-la toqquşub. Qəza nəticəsində Elməddin Qurbanov hadisə yerində keçinib. Digər sürücü və sərnişini Ömər Qayalı isə yaralanıblar.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.