Ağdamda evdən meyit tapıldı
Ağdamda evlərdən birində meyit tapılıb.
24xeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, meyitin 1958-ci il təvəllüdlü Yusif Asif oğlu Əliyevə məxsus olduğu bildirilir.
Y.Əliyevin meyiti ötən gün saat 12 radələrində mərhumun Quzanlı qəsəbəsində yaşadığı evdə aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.