Goranboyda yeniyetməni elektrik cərəyanı vurub, vəziyyət ağırdır

nnD9HitE5omWZFPbqMITDoR0DgmoNHSzMcLsSPuM-1200

Goranboy rayonunda bədbəxt hadisə baş verib.

24xeber.az APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2013-cü il təvəllüdlü Y.Əliyev baş nahiyəsinin çoxsaylı açıq yaraları və bədənin müxtəlif nahiyələrinin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetməyə dərhal tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetməni yaşadığı evdə elektrik cərəyanı vurub. Hadisə onun elektrik naqilləri ilə oynayarkən ehtiyatsız davranması nəticəsində baş verib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.