Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının vəziyyəti açıqlandı
Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından 24xeber.az Oxu.Az-a istinadən bildirir ki, verilən məlumata görə, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.