Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı

y03jyoPARAvkQaBIxTxoEPlMY1qUe1i7gM6gyZWV-1200

Cəlilabad rayonunda 62 yaşlı kişi qətlə yetirilib.

24xeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib. Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Azər Baxşiyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən şəxsin İ.Babayevin qayınatası olduğu bildirilir.