Aİ səfiri: “Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir”
“Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir”.
24xeber.az xəbər verir ki, bu fikirləri Merlər Razılaşması Təşəbbüsü ilə bağlı baş tutan tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib.
O bildirib ki, Azərbaycanda bərpaolunan enerjidən istifadə mümkündür ki, rəsmi Bakı da bu istiqamətdə addımlar atır:
“Bizim Merlər Təşəbbüsü proqramı qlobal layihədir ki, burada əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizədir. İqlim dəyişikliyi şəhərlərə, kəndlərə, iqtisadiyyata təsir edir. Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir. Mənə bildirildi ki, Xəzər dənizi bir neçə metr geri çəkilib”.
Aİ rəsmisi vurğulayıb ki, birlikdə işləməklə Azərbaycanda karbon emissiyasını azaltmaq olar:
“Azərbaycan bu istiqamətdə yaxşı işlər görüb. Vətəndaş cəmiyyətləri, insanlar bu sahədə hökumətə kömək etməlidirlər. Bu, siyasi öhdəlik yox, praktik yol xəritəsidir”.