Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşlarının, Mingəçevir Bələdiyyəsinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, əmək veteranlarının, mətbuat nümayəndələrinin, idarə, müəssisə və təşkilat kollektivlərinin iştirak etdiyi tədbir Mingəçevir şəhidlərinin xatirəsinə yaradılmış Zəfər Parkı və “Şəhidlər unudulmur” Xatirə Kompleksinə ictimai baxışla başladı.
Heydər Əliyev prospektində yaradılmış Zəfər Parkı və “Şəhidlər unudulmur” Xatirə Kompleksinə ictimai baxış zamanı şəhid ailələri və qazilər Kompleks önündə xatirə şəkli çəkdirərək onu yaradanlara minnətdarlıqlarını ifadə etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələrinin üzvləri və qazilərlə söhbət zamanı şəhidlərimizə Allahdan rəhmət dilədi, bu kompleksin yaradılmasında yaxından iştirak etdiklərinə görə onlara minnətdarlını bildirdi. Qeyd olundu ki, Kompleks Mingəçevirdə yeni yaradılan layihənin başlanğıcıdır bu işlər davam etdiriləcəkdir.
Tədbir Mingəçevir Şəhidlər Xiyabanında daha böyük izdihamla müşaiyət olundu. Anım tədbiri zamanı Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirildi, yaşıllıq zolaqlarına 110 ədəd şam və küknar ağac tingləri əkildi.
Şəhidlərimizin xatirəsinə dua oxunduqdan sonra torpaqlarımızın müdafiəsi və azad olunması, ərazi bütövlüyünün bərpası uğrunda həlak oan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi.
Sonra Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əliağa Bəndəliyev, ictimaiyyət nümayəndəsi Rizvan Mikayıllı, iki şəhid anası Nəhayət Həsənova, Vətən müharibəsi əlili Pərviz Məmmədov çıxış edərək torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət dilədilər, Anım günü ilə bağlı fikirlərini bölüşdülər.
Şəhər İcra Hakimiyyətinin başçısı və mərasim iştirakçıları şəhidlərin məzarlarını, İtkinlər kompleksini ziyarət edərək gül dəstələri qoydular, şəhid ailələrinin üzvləri ilə görüşərək söhbət etdilər. Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə ölkəmizin hər bir yerində olduğu kimi saat 12:00-da Mingəçevir şəhərində bir dəqiqəlik sükut edildi.