İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb

5Vjt1dVoYyrWXDPSN9pG548oA6yDAcjtVVjClSDI_1200


İsmayıllı rayonunda 28 yaşlı kişinin bıçaqlanmasının təfərrüatı məlum olub.

24Xeber.az -ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 26-da gecə saatlarında kafedə hesab ödənilməsi üstündə yaranıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov tanışı, 2003-cü il təvəllüdlü Musa Xəlilli ilə birlikdə şəhər ərazisindəki kafelərdən birinə gedərək, orada pivə sifariş veriblər. Dostlar bir neçə bakal pivə içəndən sonra hesabı ödəməyə görə mübahisə ediblər. Narazılıq davaya çevrilib və nəticədə M.Xəlillinin A.İsmayılovu bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.