Qubadakı ağır qəzada ölən və yaralananların adları
Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.
Hhadisə noyabrın 10-da saat 1 radələrində Quba rayonunun Tüləkəran kəndi ərazisində baş verib.
1995-ci il təvəllüdlü Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi “Niva” markalı avtomobil dərəyə aşıb.
Nəticədə sürücü və sərnişinlər – 2003-cü il təvəllüdlü Fəqan Ədilov və 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. F.Ədilov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.