Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

zGaDpD60uK9N5emZSd8beIgYPV64VsnwJ2x5SsZO_1200


Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.