Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşdi

iGjAFQ53s3jtpOVKRm0OKjCzNYnmlmyaPWa6Me8A_1200


İtaliyanın “Komo” klubunun hücumçusu Anastasios Duvikas UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunun yekunlarına əsasən həftənin oyunçusu seçilib.

24Xeber.az bildirir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Noyabrın 4-də “Komo” səfərdə “Lans”la qarşılaşıb və 1:9 hesabı ilə qələbə qazanıb. Duvikas bu qarşılaşmada het-trik edib, həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən yaxşı oyunçu mükafatına namizədlər sırasında LASK-ın müdafiəçisi Kasper Yorgensen, “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov və PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis də olublar.