Göygöldə 66 yaşlı kişinin meyiti tapıldı

WdGCaNaPjpYAKy5ep6YOo04WsF1bjk9saIjQxzeS_1200


Göygöl rayonunda 66 yaşlı kişinin meyiti evində aşkarlanıb. Topalhəsənli kəndində 1960-cı il təvəllüdlü R.Əliyevin meyiti özünə məxsus evdə tapılıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, ilkin olaraq meyitin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.