Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək?

80rMtiwnlhDqMlidlXH5snXucqdGyxwRCwoEVQGN_1200


X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi məsələsinə aydınlıq gətirilib.

24Xeber.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov danışıb.

“Şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir”, – deyə o bildirib.