Aİ ilə Azərbaycan arasında mühüm saziş üzrə danışıqlar davam edir

oQTDzuN4Q1f7kuwu12y2neHNQKkPLOmdJXBZ762l_1200


“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir”.

24Xeber.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunda deyib.

O qeyd edib ki, tərəflər arasında danışıqların iki mərhələsi Brüsseldə və Bakıda baş tutub:

“Görüşlər konstruktiv keçib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Bu bu konteksdə əməkdaşlıq davam edir”.