Xudafərin körpüsünün işğaldan azad edilməsindən altı il ötür
2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır.
24Xeber.az xatırladır ki, Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verir, 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Xudafərinin azad olunduğunu bildirir:
Xudafərin körpüsünün işğaldan azad edilməsindən altı il ötür – Foto
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”
Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılır.