İspaniya millisi dünya rekordunu yenilədi
Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin 1-ci turunun qarşılaşmasında İngiltərəyə qalib gələrək (3:2) rəsmi oyunlardakı məğlubiyyətsizlik seriyasını 39 matça çatdırıb və dünya rekordunu yeniləyib.
24Xeber.az “Çempionat”a istinadən xəbər verir ki, bu nəticə ilə ispanlar keçən yay dünya çempionatının finalında özlərinin təzələdikləri ardıcıl rəsmi oyunlarda məğlubiyyətsizlik rekordunu (38 oyun) bir qədər də yaxşılaşdırıblar.