Neft kəskin bahalaşmadan sonra UCUZLAŞDI

O3DzwoBaUlYZAFEOvGpzHMs3rsRcbKVCQ0Pxhk4x_1200

Qlobal bazarda neft kəskin bahalaşmadan sonra cüzi ucuzlaşıb.

24Xeber.az  xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.43 dollar (0.43%) azalaraq bir barel üçün 100.26 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 6.62 dollar (7%) bahalaşaraq bir barel üçün 100.69 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.53 dollar (0.57%) azalaraq bir barel üçün 91.66 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 5.36 dollar (6.2%) bahalaşaraq bir barel üçün 92.19 dollara satılmışdı.