CHP-dən ayrılan deputatlar yeni partiya yaratdılar
Türkiyədə CHP-dən istefa verən Özgür Özel yeni partiyasının təsis edildiyini açıqlayıb.
24Xeber.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında “YENİ Partiya” adlı siyasi birliyin təsis ərizəsinə imza atan Özgür Özel, “vətənə, millətə və hamımıza xeyirli olsun” ifadələrini işlədib.
Daha sonra partiya rəsmiləri quruluş ərizəsini Daxili İşlər Nazirliyinə təqdim ediblər.
“YENİ Partiya”nın təsis ərizəsində 91 millət vəkilinin imzası öz əksini tapıb.
“YENİ Partiya”nın loqosu da təqdim edilib.
