Sakinlərin NƏZƏRİNƏ: Bakının bir sıra ərazilərində qaz olmayacaq

Mm9iSRRg9UdRiam9DvTopQmaomfOLy0clv0RexuO_1200


İyulun 22-də Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.

24Xeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.