Yevlax MKTB-dən növbəti iməclik. Çənlibel qəsəbəsi.

Screenshot_20260720_162945_Gallery


​18 İyul 2026-cı il tarixində Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən 20 Yanvar abidə kompleksi və onun ətraf ərazisində Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən genişmiqyaslı təmizlik və abadlıq iməcliyi təşkil olunub.


​İməclik çərçivəsində MKTB əməkdaşları tərəfindən böyük məsuliyyətlə mühüm işlər görülüb.


​ 20 Yanvar abidəsi xüsusi təzyiqli su aparatı ilə təmizlənib, abidənin boyası yenilənərək tam səliqəli və nizamlı vəziyyətə gətirilib.
​

Ərazidəki kolluqlar xüsusi texnika ilə budanıb, quru otlar biçilib və xəzan yarpaqları süpürülərək toplanıb.
​

Yığılan ot, yarpaq və digər tullantılar böyük kisələrə doldurularaq MKTB-nin yük maşınları vasitəsilə ərazidən çıxarılıb.
​
​Qəhrəmanlarımızın xatirəsinə ucaldılmış bu müqəddəs məkanın təmizliyi, boyanması və abadlığı üçün havanın istisinə baxmayaraq zəhmət çəkən bütün MKTB işçilərinə və əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk!