“Sovetski”də yaşayış evi yanır

171Jstij0w3Ja2h9KMWt59s8R1R96bVZLqIGZcM1_1200

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində (“Sovetski” kimi tanınan ərazidə) yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Təzəpir məscidinin yaxınlığındakı yaşayış evlərindən birində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğınla bağlı dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.