Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar: Yaralılar arasında nazir müavini də var
Dəməşqdə baş verən partlayış zamanı Suriyanın turizm nazirinin müavini yaralanıb.
24Xeber.az-ın xəbərinə görə, bu barədə “Al-Hadath” telekanalı Suriya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
“Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdə baş verən partlayışlarda xəsarət alıb”, – deyə məlumatda bildirilib.
Dəməşqdəki hotel yaxınlığında baş verən partlayışların sifarişçisinin İŞİD terror təşkilatı ola biləcəyi ehtimal edilir. Mənbəyə görə, partlayışlar ABŞ və Suriyanın yaraqlılara qarşı apardığı son əməliyyatlara terrorçuların cavab tədbiri ola bilər.