Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı

JvxqhYauyYPEY5t0xxfT96KrsLgDb7Fc1grWawMx_1200

Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatı (22-23 iyun) və “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirində iştirak edirlər.

Daha əvvəl “Altay” çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri – Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.