Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

aHQuvrJIDjWkIhVvT3a4UCKGLr2WkKyEkk7vDguv_1200

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

24Xeber.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 21-də arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.