Bakıda keçirilən mühüm toplantı çərçivəsində 67 saziş imzalanıb

9Ox4ZHPgA2UbAQCSarlFs1AYXjn6BDHnH7XUdGLw_1200

“Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB – IsDB) Qrupunun 51-ci illik toplantıları çərçivəsində 10 üzv ölkə, regional institutlar və özəl sektor şirkətləri ilə ümumi dəyəri 6 milyard ABŞ dolları olan 67 saziş imzalanıb”.

24Xeber.az  xəbər verir ki, bunu IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir yekun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, IsDB həmçinin 9 üzv ölkədə enerji təhlükəsizliyi, ərzaq sistemləri, iqlimə davamlılıq və dayanıqlı inkişafı dəstəkləyən 9 layihə üçün 2.8 milyard ABŞ dolları həcmində yeni maliyyələşdirməni təsdiqləyib.