Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi nazirliyə çağırıb.
24Xeber.az ın məlumatına görə, bu barədə Almaniya XİN-in “X” sosial şəbəkəsindəki rəsmi hesabında bildirilir.
Bu addım Moskvanın digər ölkələrə öz diplomatlarını Kiyevdən çıxarmaq barədə çağırışından sonra atılıb.
Almaniya tərəfi Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcəyini bəyan edib. Nazirlikdən vurğulanıb ki, Almaniyanı “hədə-qorxu ilə qorxutmaq” mümkün olmayacaq.
Xatırladaq ki, Rusiyanın xarici İşlər naziri Sergey Lavrov ötən gün ABŞ dövlət katibi Marko Rubio ilə söhbətində Kiyevdəki səfirliklərin və digər diplomatik nümayəndəliklərin təhlükəsizliyi mövzusuna toxunub. O, həmsöhbətinin diqqətini Rusiya xarici siyasət idarəsinin mayın 25-də verdiyi bəyanata cəlb edib.