Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

7ULdSZKJcNG2L23oyjviOSSxvcdHNv3ywadNZO96_1200

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

24Xia.az  President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.