Bəzi rayonlarda intensiv yağıntı müşahidə olunur – FAKTİKİ HAVA

eFQqFtQpUwByqQXu9NMBFcHRBl3CzW8vlwbXE9z0_1200

Saat 18:00-a olan məlumata əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə 24Xeber.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunur ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.

Saat 17:42-17:48 aralığında Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.