İki il ərzində 4000 meqavatlıq yeni istilik enerjisi gücünün formalaşdırılması planlaşdırılır

ddCLCgwNbxiKg8TfVWksqGVR9wdSsJewYPON0nLq_1200

“2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşə bilərik”.

24Xeber.az  xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Enerji sistemlərinin rəqəmsal arxitekturası” adlı tədbirdə deyib.

O bildirib ki, bu, ciddi addımlar atılmasını tələb edir:

“Süni intellektin geniş inkişafı üçün böyük həcmdə, eləcə də etibarlı və dayanıqlı enerji lazımdır. Əgər hazırkı vəziyyətdə qalsaq, bütün tələbatı qarşılamaq baxımından 2030-cu ilə qədər enerji defisiti gözlənilə bilər. Buna görə də enerji istehsalını artırmağı planlaşdırırıq.

Hazırda 525 meqavat gücündə elektrik stansiyasının inkişaf etdirilməsi nəzərdə tutulur. Biz 2028-30-cu illər ərzində əlavə enerji istehsal gücü yaratmağı və perspektivdə təxminən 4 000 meqavatlıq yeni istilik enerjisi gücü formalaşdırmağı planlaşdırırıq.

Bildiyiniz kimi, enerji layihələrinin inkişafı vaxt tələb edir, buna görə də qabaqlayıcı addımlar atmalıyıq”.