Azərbaycanda əhalinin sayında ARTIM VAR

U0KqsXvyUKN87IeZywof3tj3fQYw1Sfx2Bkw7IQK_1200

Azərbaycanda əhalinin sayı artıb.

24Xeber.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 5814 nəfər və ya 0.1 faiz artaraq, 2026-cı il aprelin 1-i vəziyyətinə 10 milyon 268 min 165-ə çatıb.

Bildirilib ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini isə kənd sakinləri təşkil edir. Statistikaya əsasən, əhalinin 49.8 faizi kişilərdən, 50.2 faizi isə qadınlardan ibarətdir.