Üç rayonun bəzi yerlərinin qaz təchizatında fasilələr olacaq – ƏRAZİLƏR

yRi0UA9mZibL5Yc6zRyJBOApjIBqpbbPcu5BsDx7_1200

Sabah saat 09:20-dən Gədəbəy rayonunun Slavyanka, Maarif və Daşbulaq kəndlərinin, Tovuz rayonunun Əlibəyli kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

24Xeber.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.