Bakıda 11-ci sinif şagirdinin xəsarət aldığı hadisənin DETALLARI
Baku TV Bakıda 175 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdin pəncərədən yıxılması hadisəsinin səbəblərini və necə baş verdiyini öyrənmək üçün ünvana yollansa da, məktəbin direktorundan açıqlama almaq mümkün olmayıb.
Şagirdlərdən birinin sözlərinə görə, məktəb yoldaşları qapıdan çıxa bilmədikləri halda pəncərədən tullanmaq, yaxud da qapıda dayanan xanımı itələyib qaçmaq kimi təhlükəli yollara əl atırlar.
“Guya dərsdən qaçmaq istəyib. Çantasını atanda o özü də yıxılıb”, – deyə şagirdlərdən biri qeyd edib.