İqtisadi Şuranın iclası keçirilib: Fuad Nağıyevin təqdimatı dinlənilib
8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər, inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi, turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.
24Xeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.