İctimai Televiziyada rəhbər seçimi: Sənəd qəbulu yekunlaşdı

y2P2zS711dhv0wQLHvz40qu06TdUMZG0vGvXgc44_1200

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

24Xeber.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıdakı 11 nəfər sənədlərini Audiovizual Şuraya təqdim edib:

1. Ayxan Əbdül Kərim oğlu Əhmədov;

2. Tural Qürbət oğlu Əzimov;

3. Tural Sahib oğlu Məmmədzadə;

4. Arzu Aydın oğlu Qulamov;

5. İlhamə Rafiq qızı Baxşıyeva;

6. Fikrət Alı oğlu Məmmədov;

7. Balakişi Ələkbər oğlu Qasımov;

8. Taleh Novruz oğlu Şahsuvarov;

9. Anar Əlişah oğlu Nağıyev;

10. İlahə Xudu qızı Əliyeva;

11. Əli Sucəddin oğlu Cəfərov.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, namizədlərin sənədləri Audiovizual Şura tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.