Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ
Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
24Xeber.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.