Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
24Xeber.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Lənkəran şəhərinin Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov, Şəkər Aslan küçələri, həmçinin “Raypo” və Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin ediləcək.