Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI

Ss5mz6a1bfZUDTO6remHzbBJU8bN77wG8yA7yTb9_1200

Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb.

24Xeber.az -ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşübmüş.

Faktla bağlı araşdırma aparılır.