Paytaxtda yeni xəstəxana tikiləcək

ZFU8Rd7taUrzVucpcEHRSwCVLbv5y3fPGMeXD8Lz_1200

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

24Xeber.az  Baku.ws-ə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 1.9 milyon manat təşkil edir.

Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi ilə 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, habelə bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.