Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcək

u12irGVQ1pVTJgyedHn09lIqMZmM3eN1abkknDsV_1200

Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək.

24Xeber.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi (bank xərcləri daxil olmaqla) təmin edilməlidir.