Çexiyanın baş naziri: “Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq”

aIjk9JlLYNz54BErsMCmSLVOY9EdahTCz6fK4QTL_1200

“Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər”.

24Xeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

“Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur”, – deyə baş nazir əlavə edib.