Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı

exQeqSh7F2ROk2Q26sprBY4rAdntoLTOGsA2UkIb_1200

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sərxoş şəxs avtomobilini yandırıb.

24Xeber.az -ın məlumatına görə, hadisə bu gün baş verib. Rayon sakini Faid Abbasov sərxoş vəziyyətdə özünə məxsus KIA markalı avtomobilini yandırıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və F.Abbasov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.