Azərbaycanda magistral kanalın yenilənməsi üçün 13.5 milyon manat xərclənəcək

aRKFqasbCZk72hNyfQn2HGL1Nrt0heJfp9hhKR5o_1200

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Qaracuq magistral kanalının yenidən qurulması üçün tender elan edib.

24Xeber.az-ın məlumatına görə, qurum görüləcək işlər müqabilində ümumilikdə 13 milyon 467 min 465 manat ödəməyi planlaşdırır.

Tenderdə iştirak haqqı 2 020 manat müəyyən edilib. Tender 16 iyun saat 17:00-da keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən Qaraçuq magistral beton kanalı Tumbul, Böyükdüz, Xok və Əliabad kəndlərinin minlərlə hektar torpaq sahəsini suvarma suyu ilə təmin edir. 2024-cü ilin fevral ayından etibarən kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.