Qəbələdə 463 abonentin qazı kəsiləcək
Sabah, aprelin 24-də saat 10:00-dan etibarən Qəbələdə 463 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
24Xeber.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsinin (RQİİ) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Qəbələ şəhəri, 20 Yanvar küçəsində Eldar Telman oğlu Əhlimanlıya məxsus torpaq sahəsinin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin yerinin dəyişdirilməsidir.
Qeyd olunub ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək.