Sumqayıtın böyük bir hissəsi susuz qalacaq

hZkU4PWv8y4ub7nRs850VQZWpqgpSsQqQXbgfYyP_1200

Bu gün, aprelin 22-də axşam saat 21:00-dan aprelin 23-də səhər saatlarınadək Sumqayıt 48, 50, 51, 53-cü məhəllələr, 16, 17-ci mikrorayon (5 mərtəbələr), 18-ci mikrorayon, Corat qəsəbəsinin bəzi hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

24Xeber.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, su təchizatında yaranan fasilə şəhər əhalisinin bəzi hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədardır.