Türkiyə millisinin üzvü Bundesliqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzaladı
Almaniyanın “Hoffenhaym” klubu türkiyəli müdafiəçi Ozan Kabakla əməkdaşlığı davam etdirmək qərarına gəlib və onun müqaviləsinin müddətini uzadıb.
24Xeber.az xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə imzalanan yeni sözləşmə 2030-cu ilin yayına qədər olan dövrü əhatə edəcək.
Bundesliqa təmsilçisinin yaxın günlər ərzində bu razılaşma ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, Ozan Kabak 2022-ci ilin yay aylarından etibarən “Hoffenhaym”ın şərəfini qoruyur. İyirmi altı yaşlı mərkəz müdafiəçisi cari mövsüm ərzində meydana çıxdığı 21 qarşılaşmada rəqib qapılarından 4 top keçirməyə müvəffəq olub.
