Neft qiymətlərində dalğalanma – Kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

xYT79rYOtIeHaJqKEZV73gIMArsoH22L4DTw45tj_1200

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatları fonunda kəskin ucuzlaşan neftin qiymətləri dünya bazarında yenidən bahalaşıb.

24Xeber.az  xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 9:10-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 2.68 dollar (1.19%) artaraq bir barel üçün 97.43 dollara çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 3.51 ​​dollar (3.72%) artaraq bir barel üçün 97.72 dollar olub.