Azərbaycanda unun SON QİYMƏTİ
Un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.1-28.6 manat arasında dəyişib.
Bu barədə 24Xeber.az -a Prezident Yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Unun ən aşağı qiyməti 26.1 manat olmaqla Şabranda qeydə alınıb.
Ən yüksək qiymət isə Gəncədə müəyyənləşib – 28.6 manat.