Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər

hyDpIgL0rHx6GP3EyTNw5j8IsJZ6Z9nBYP1iGmTV_1200

“İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək”.

24Xeber.az  xəbər verir ki, bu barədə İranın “Nour News” agentliyi məlumat yayıb.

“Dost ölkələrə Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid icazələrinin verilməsi yalnız təhlükəsizlik rüsumlarının ödənilməsi müqabilində həyata keçiriləcək və heç bir ölkə bu tələbdən azad edilməyəcək”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu strategiya ABŞ və İsrail hücumlarından dəymiş ziyanı ödəmək üçün seçilib.

Aprelin əvvəlində “Al Jazeera” telekanalı məlumat vermişdi ki, İran bütün dövlətləri “dost”, “neytral” və “düşmən” olmaqla üç qrupa bölərək boğazda gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb.

İddia edilirdi ki, birinci qrupdan olan dövlətlər boğazdan sərbəst keçə biləcək, “neytral” ölkələr rüsum ödəyəcək, “düşmən” ölkələr üçün isə keçid əvvəlki kimi qadağan olunacaq.